Makron: “Avropa liderlərinin birliyi müstəqilliyə gedən tarixi yoldur”

“Polşa, Almaniya və Böyük Britaniya ilə baş verənlər Avropanın müdafiəsi və təhlükəsizliyimiz üçün daha böyük müstəqilliyə aparan yolda tarixi bir andır”.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə dörə, bu, təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün yeni dövrün başlanğıcıdır:
“Avropa artıq önəmli bir gücdür.”
Xatırladaq ki, 2025-ci il 10 may tarixində Ukraynanın paytaxtı Kiyevdə Böyük Britaniya, Fransa, Almaniya və Polşa liderlərinin iştirakı ilə beynəlxalq sammit keçirilib.
20:57 10.05.2025
Oxunuş sayı: 413