Zelenski Trampa: Ukrayna Rusiya ilə birbaşa danışıqlara hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampa Ukraynanın Rusiya ilə birbaşa sülh danışıqlarına başlamağa hazır olduğunu bildirib.
Bu barədə Crossmedia.az Axios portalına istinadən xəbər verir.
Portalın məlumatına görə, Zelenski və Avropa liderləri Trampa atəşkəs razılaşması əldə olunacağı təqdirdə, Kiyevin Moskva ilə danışıqlara başlamağa açıq olduğunu bəyan ediblər.
Lakin, Rusiya tərəfi məsələ ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.
Xatırladaq ki, 2025-ci il 10 may tarixində Ukraynanın paytaxtı Kiyevdə Böyük Britaniya, Fransa, Almaniya və Polşa liderlərinin iştirakı ilə beynəlxalq sammit keçirilib.
20:12 10.05.2025
Oxunuş sayı: 556