Makronla tarixi görüş: Suriya lideri Şaraa Avropaya ilk səfərini etdi

Suriya prezidenti Əhməd Əş-Şaraa Avropaya ilk rəsmi səfəri çərçivəsində Fransanın paytaxtı Parisə gedərək, Fransa prezidenti Emmanuel Makronla Yelisey sarayında görüşüb.
Görüş zamanı tərəflər, Suriyada keçid prosesinin əhatəliliyi, ölkənin regional sabitliyə mümkün töhfəsi, xüsusilə Livanın suverenliyinə hörmət və terrorla mübarizə məsələlərini müzakirə ediblər.
Liderlər, həmçinin Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması imkanlarını da dəyərləndiriblər.
Fransa Rəyasət Heyətinin yazılı açıqlamasında, bu görüşün Parisin “azad, sabit, plüralist və suveren Suriya”nın qurulmasına dəstəyini bir daha nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Bəyanatda Fransa xalqının Suriya cəmiyyətinin sülh və demokratiya arzularına verdiyi tarixi dəstəyin davam etdiriləcəyi də qeyd olunub.
Qeyd edək ki, Makron fevral ayında Şaraanı ilk dəfə Parisə rəsmi dəvət etmişdi. Bu səfər, Əhməd Şaranın 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gəlməsindən bəri Avropaya ilk rəsmi səfəri hesab olunur.
Aybəniz Səfərova
23:45 07.05.2025
Oxunuş sayı: 1000