Azərbaycanda psixologiya sahəsinə aid yeni dərslik nəşr olunub

Azərbaycanda psixologiya sahəsinə aid yeni dərslik nəşr olunub.
Crossmedia.az xəbər verir ki, həmmüəlliflər Səxavət Əliyeva və Müşviq Mustafayevin ərsəyə gətirdikləri "Ümumi psixologiya(fərdiyyət və şəxsiyyət)" dərsliyi psixologiya fakültəsinin tələbələri və bu sahə ilə maraqlanan digər şəxslər üçün nəzərdə tutulub.
Kitabda xüsusilə fərdiyyət və şəxsiyyət anlayışlarına toxunulub. Psixologiyada şəxsiyyət anlayışı, şəxsiyyətin inkişafının hərəkətverici qüvvələri və şərtləri, fərdin inkişafının dövriləşməsi problemi, şəxsiyyət, fərd və fərdiyyət anlayışı, insanın fərdi- psixoloji xüsusiyyətləri və şəxsiyyətin inkişafında onların rolu, yerli və xarici şəxsiyyət nəzəriyyələri geniş şəkildə təhlil olunub.
Professor Elnarə Şəfiyevanın elmi redaktoru olduğh dərslik yeddi müxtəlif bölmədən ibarətdir.
Kənan Novruzov
21:40 28.04.2025
Oxunuş sayı: 829