Gürcüstanda Paşinyanın Starlink xəritəsinə etirazlar artır

Gürcü sosial şəbəkələrində Ermənistanın baş naziri Nikol Paşinyanın paylaşdığı Starlink xəritəsi narazılıq yaradıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məsələ Paşinyanın Ermənistan ərazisində Starlink internetinin artıq əlçatan olduğunu elan etməsi ilə gündəmə gəlib.
Qeyd olunur ki,Paşinyanın paylaşdığı Cənubi Qafqazın əhatə dairəsi xəritəsində Abxaziya və Cənubi Osetiya fərqli rənglə göstərilib. Bu isə Gürcüstanda geniş müzakirələrə və narazılıqlara səbəb olub.
Fatimə Məmmədova
14:45 28.03.2025
Oxunuş sayı: 2065