Fahrettin Altun: Media məsuliyyətlə yayım etməlidir

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun media ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, o, Radio və Televiziya Üst Qurumu (RTÜK)-nün tənzimləyici və nəzarətçi qurum olaraq öz vəzifəsini yerinə yetirməyə məcbur olduğunu bildirib.
Altun vurğulayıb ki, medianın əsas vəzifəsi məsuliyyətli, prinsiplərə uyğun, əxlaqi və həqiqətə əsaslanan yayım aparmaqdır.
"Son günlərdə mətbuat azadlığı adı altında təxribatlar, təhqirlər, böhtanlar və şəxsi hüquqları pozan yayımlar görürük. Bu cür halların son tapmasının vacibliyini bir daha vurğulayırıq", – o qeyd edib.
Fahrettin Altun həmçinin, bütün media qurumlarına məsuliyyətlə davranmağı və yayımlarında təhqirə, böhtana, şəxsi hüquqları pozan ifadə və hərəkətlərə yer verməmələri barədə çağırış edib.
Fatimə Məmmədova
14:38 28.03.2025
Oxunuş sayı: 1996