İranda polis avtomobillərinə hücum edənlərin kimliyi məlum olub

İranda polis avtomobillərinə hücum edənlərin kim olduğu açıqlandı.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün “Ceyş əl-Ədl” qruplaşması İranşəhr şəhərində iki polis avtomobilinə törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Qrup hücumun “İran təhlükəsizlik qüvvələrinin etnik bəluçlara qarşı son hücumuna” cavab olduğunu bildirib.
Qeyd edək ki, silahlı basqında iki polis əməkdaşı yaralanıb, biri isə həlak olub.
14:15 28.03.2025
Oxunuş sayı: 2431