Əl-Məyadin: İran Trampın “qeyri-real şərtlərini” qəbul etməyəcək

Əl-Məyadin: “İran Trampın “qeyri-real şərtlərini” qəbul etməyəcək”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Məyadin” telekanalı İranın BƏƏ-nin Tehrana gətirdiyi ABŞ prezidenti Donald Trampın məktubuna Oman vasitəsilə vermək qərarına gəldiyini açıqlayıb.
“Əl-Məyadin” telekanalı İranın Trampın məktubuna cavabı ilə bağlı yazıb:
“İran ilk dəfə olaraq ABŞ prezidentinin çox mühüm diplomatik mesajları ehtiva edən məktubuna cavab verir. İran məktubunda heç bir regional güc adından danışıqlar aparmayacağını və Trampın “qeyri-real şərtlərini” heç vaxt qəbul etməyəcəyini vurğulayıb. Tehran bildirib ki, istənilən təhdid cavab tədbirləri ilə qarşılanacaq, bu cavab Amerikanın regiondakı bütün maraqlarını əhatə edəcək”.
13:55 28.03.2025
Oxunuş sayı: 1543