Makron: Ukraynada beynəlxalq qüvvələr yerləşdirilə bilər

Fransa prezidenti Emmanuel Makron Ukraynanın strateji nöqtələrində bir neçə ölkənin hərbi qüvvələrinin yerləşdirilməsini təklif edib. O, bu qərarın müxtəlif dövlətlərdən ibarət olacağını, çünki bu məsələdə vahid mövqenin olmadığını bildirib.
Crossmedia.az bildirir ki, bu açıqlamanı Makron Parisdə Kiyevin müttəfiq ölkələrinin nümayəndələri ilə görüşdən əvvəl verib.
Makronun fikrincə, bu hərbi kontingentlər Ukrayna tərəfi ilə əvvəlcədən razılaşdırılmış strateji məkanlarda yerləşdirilməlidir. Onların əsas məqsədi isə “mümkün Rusiya hücumunun qarşısını almaq” olacaq.
Bundan əlavə, Makron Fransa və Böyük Britaniyanın hərbi nümayəndə heyətlərinin Ukraynaya gedəcəyini və gələcək Ukrayna ordusunun strukturu üzərində işləyəcəyini açıqlayıb. O, ABŞ-nin dəstəyini almaq istədiyini bildirsə də, amerikalıların iştirakı olmadan da həyata keçirilə biləcək fəaliyyət planı hazırladıqlarını qeyd edib.
Makron həmçinin , Çin prezidenti Si Cinpinin sülh prosesində aktiv rol oynayacağına ümid etdiyini bildirib.
Fatimə Məmmədova
13:08 28.03.2025
Oxunuş sayı: 1827