İsrail Qəzzaya hücum etdi: 50-dən çox ölü var

Son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 50-dən çox fələstinli həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb.
Məlumata əsasən, son saatlarda şimaldakı Zeitun məhəlləsində səkkiz nəfər, cənubun Xan Yunis şəhərində isə iki mülki şəxs həlak olub. Daha əvvəl telekanal 40 nəfərin ölümünü bildirib.
Bildirilir ki, İsrail ordusu Rafahın şimalını və Xan Yunisin şərqində yerləşən bir neçə məhəlləni intensiv atəşə tutur.
Fatimə Məmmədova
12:50 28.03.2025
Oxunuş sayı: 1832