Britaniyalı işçi gəmidən oğurluq edib

Britaniyalı işçi satmaq üçün aviadaşıyıcı gəminin hissələrini oğurlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, “Rosyth Dockyard”ın keçmiş işçisi Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin “HMS Prince of Wales” aviadaşıyıcı gəmisi üçün hazırlanmış metal hissələri və klapanları oğurladığını, sonra onları qırıntı kimi satdığını etiraf edib.
12:38 28.03.2025
Oxunuş sayı: 1635