Mask: Ukrayna böhranı sülh razılaşması ilə başa çatacaq

ABŞ-li iş adamı və siyasətçi İlon Mask Ukrayna böhranının sonda sülh razılaşması ilə bitəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, o, bu fikri Fox News-a verdiyi müsahibədə səsləndirib.
“Düşünürəm ki, sülh razılaşması olacaq. Rusiya ilə danışıqlar aparmaq istəməyənlər buna alternativ bir şey təklif etmir”, – deyə Mask vurğulayıb.
O, həmçinin hesab edir ki, ABŞ prezidenti Donald Trampın planı bu vəziyyətdə yeganə işlək həll yoludur.
Fatimə Məmmədova
11:19 28.03.2025
Oxunuş sayı: 2534