Rusiyalı ekspert Moskva və Vaşinqton dialoqunu müsbət qiymətləndirib

Rusiya Birbaşa İnvestisiya Fondunun icraçı direktoru Kirill Beynəlxalq Arktika Forumu çərçivəsində Moskva-Vaşinqton münasibətlərini dəyərləndirib: "Rusiya və ABŞ arasındakı dialoq yaxşıya doğru gedir". O, Rusiya və ABŞ arasındakı münasibətləri müsbət qiymətləndirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Kirill ABŞ-nin Rusiyanın mövqeini anlamağa çalışdığını vurğulayıb: “Düşünürəm ki,bu çox vacibdir.”
O əlavə edib ki, danışıqlarda real irəliləyiş yalnız güzəştlər və müzakirələr yolu ilə əldə edilə bilər.
Sevinc Bağırlı
05:21 28.03.2025
Oxunuş sayı: 2862