Rusiya və Çin strateji tərəfdaşlığı gücləndirir

Rusiya və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Çin Dövlət Şurasının Baş nazirinin müavini Din Şüesyən ilə görüşdə bildirib.
Din Şüesyən isə öz növbəsində, Çin və Rusiyanın qonşu böyük dövlətlər arasında münasibətlər üçün nümunə yaratdığını vurğulayıb. Onun sözlərinə görə, Pekin Moskva ilə strateji əməkdaşlığı daha da gücləndirməyə hazırdır.
15:03 27.03.2025
Oxunuş sayı: 1756