Mark Rutte: “Türkiyə olmadan Avropanın müdafiəsini təsəvvür etmək mümkün deyil”

NATO-nun baş katibi Mark Rutte Polşada iştirak etdiyi tədbirdə Ukraynada davam edən müharibə və artan geosiyasi gərginlik fonunda NATO-nun birliyi ilə bağlı narahatlığını ifadə edib.
Crossmedia.az NATO açıqlamasına istinadən xəbər verir ki, Rutte Türkiyə kimi ölkələrin NATO-ya verdiyi mühüm töhfələri vurğulayaraq bildirib: “Türkiyə olmadan Avropanın müdafiəsini təsəvvür etmək mümkün deyil. Və bizim təhlükəsizliyimizin əsas qarantı olan Amerika nüvə qalxanını heç nə əvəz edə bilməz.”
Baş katib həmçinin Avropa və NATO ölkələrinin kollektiv təhlükəsizlik üçün birgə fəaliyyətinin vacibliyini qeyd edib.
14:28 27.03.2025
Oxunuş sayı: 1734