İran və Hizbullah İsrailə kiberhücumları artırıb

İsrailin kibermüdafiə rəhbərinin müavini Nitzan Əmmar, HƏMAS-ın 7 oktyabr hücumundan sonra İran və Hizbullahın İsrailə qarşı kiberhücumlarının üç dəfə artdığını açıqlayıb.
Crossmedia.az İran mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, “ötən il sıradan bir il olmayıb və Təl-Əviv kiberhücumların əhəmiyyətli dərəcədə artdığının şahidi olub”.
Nitzan Əmmar qeyd edib ki, İran və Hizbullah haker əməliyyatlarl ilə məlumatları ələ keçirmək və İsrail vətəndaşlarının gündəlik həyatını pozmaq istəyir.
13:45 27.03.2025
Oxunuş sayı: 1633