FTB, ABŞ-da Tesla salonlarına edilən hücumları daxili terror aktı kimi araşdırır

ABŞ-ın FTB (Federal Təhqiqatlar Bürosu) Tesla salonlarına və enerji doldurma stansiyalarına edilən son hücumları daxili terror aktı olaraq qiymətləndirərək araşdırmaq üçün işçi qrupu yaradıb. Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ay ərzində 48-dən çox insident qeydə alınıb, bunlardan yeddisi federal istintaq altındadır.
İşçi qrupu FTB, ATF (Alkol, Tütün, Atıcı Silahlar və Partlayıcı Maddələrlə Mübarizə Bürosu) və Terrorla Mübarizə Şöbəsi agentlərindən ibarətdir.
FTB direktoru Kash Patel, hücumların məsuliyyət daşıyan şəxslərini təqib etmək və ədalətə təhvil vermək barədə söz verib.
13:13 27.03.2025
Oxunuş sayı: 1796