İranlı keçmiş nazir Pezeşkianın türk dilində müsahibəsinə qərəzli reaksiya verib

İranın keçmiş yol və şəhərsalma naziri Abbas Axundi prezident Məsud Pezeşkianın Urmu gölü ilə bağlı türk dilində müsahibə verməsinə narazılıq bildirib.
Crossmedia.az İran mətbuatına istinadən bildirir ki, Paniranist mövqeyi ilə tanınan Axundi Pezeşkianın ana dilində danışmasını tənqid edərək bunun “xalqa bəhanə verəcəyini” iddia edib: “Hörmətli Pezeşkian, Urmiyada böyümüş və parlamentin beş çağırış Təbrizdən millət vəkili olduğunuzu başa düşürəm. Sizin üçün türk dilində hesabat almaq normal və təbiidir. Amma indi siz prezidentsiniz. İclaslarda ancaq fars dilində hesabatlar qəbul etməli və rəsmi dildə danışmalısınız. Bu məsələyə diqqətsizliyiniz millətin əlinə bəhanə verəcək. Xahiş edirəm, nəzərə alın!”
Qeyd edək ki, Məsud Pezeşkian İranın türk əsilli ilk prezidenti kimi tanınır və ana dilində danışmaq hüququnu dəstəkləyən çıxışları ilə yadda qalıb.
10:49 27.03.2025
Oxunuş sayı: 1590