Çin İsraili Suriyadan və Livandan qoşunlarını çıxarmağa çağırıb

Çinin BMT-dəki daimi nümayəndəsi Fu Tsun İsraili Suriyadan və Livandan dərhal qoşunlarını çıxarmağa çağırıb.
Crossmedia.az Çin mətbuatına istinadən xəbər verir ki, o, Suriyada siyasi keçidin kritik mərhələdə olduğunu bildirib. Çin rəsmisi, həmçinin, ABŞ-nin Yəmənə hava zərbələrini pisləyərək Vaşinqtonu gərginliyi artırmamağa çağırıb.
Məsələ ilə bağlı hələlik ABŞ və İsrail tərəfindən rəsmi reaksiya verilməyib.
Mədinə Cəlilova
10:05 27.03.2025
Oxunuş sayı: 2201