Lavrov: “Krım, Donbas və Novorosiya məsələləri artıq həll olunub”

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Krım, Donbass və Novorosiya məsələlərinin uzun müddət əvvəl həll edildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, bu ərazilərdə keçirilən referendumların nəticələri Rusiyanın konstitusiyasında əks olunub. Lavrov “Rossiya” telekanalına verdiyi müsahibədə vurğulayıb ki, ölkənin ərazi bütövlüyünə hörmət tələb edənlər, öncə öz xalqına hörmət göstərməlidir: “Xalqın ana dilində danışmasına, tarixini unutmamasına və nəslindən aldığı tərbiyə ilə övladlarını yetişdirməsinə imkan verməlisən.”
Açıqlama beynəlxalq arenada geniş müzakirələrə səbəb olub.
10:18 27.03.2025
Oxunuş sayı: 1857