Demokratlar Milli Təhlükəsizlik rəhbərlərini istefaya çağırır

Tramp administrasiyasının yüksək rütbəli rəsmiləri Signal messencerində ABŞ-nin Yəməndəki husi üsyançılarına qarşı planlaşdırılan zərbəni müzakirə ediblər. Sızdırılan söhbətin tam stenoqramının dərc olunması Demokratların kəskin reaksiyasına səbəb olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Demokratlar Milli Təhlükəsizlik müşaviri Mayk Uoltz və Müdafiə Naziri Pit Heqseti istefaya çağırıb. Hadisə Ağ Evi çətin vəziyyətə salıb və administrasiya bu məsələ ilə bağlı mövqeyini müdafiə etmək məcburiyyətində qalıb.
Bu qalmaqal qarşıdan gələn qubernatorluq və Konqres seçkiləri ərəfəsində Demokratlar üçün siyasi fürsət yaradır. Respublikaçılar üstünlükdə, lakin Demokratlar balans yarada bilər. İl sonunda keçiriləcək seçkilərdə Respublikaçıların 26-24 ştat üstünlüyü ilə irəlidə olması gözlənilir.
Bununla belə, Demokratlar seçici sayına görə 55-45%, vergi siyasətində 65-35%, iqtisadi imkanlar baxımından isə 60-40% fərqlə müəyyən ştatlarda üstünlük əldə edə bilər. Son insidentdən sonra Demokratların Nümayəndələr Palatasında nəzarəti ələ keçirməsi və sistemdə balans yaratması ehtimalı artır.
09:52 27.03.2025
Oxunuş sayı: 1959