ABŞ Taliban liderinin həbsi üçün 10 milyon dollarlıq mükafat təklifini ləğv edib

ABŞ Talibanın yüksək rütbəli lideri Siracuddin Haqqaninin həbsi ilə bağlı məlumat üçün 10 milyon dollarlıq mükafat təklifini ləğv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsünə istinadən məlumat yayıb.
Qeyd edək ki, bu, son dövrlərdə Vaşinqtonun beynəlxalq axtarışda olan şəxslərə qarşı mövqeyində dəyişikliklərin olduğunu göstərən ikinci haldır. Daha əvvəl ABŞ əl-Colaninin axtarış siyahısından çıxarıldığını elan etmişdi.
12:34 23.03.2025
Oxunuş sayı: 2149