Şimali Koreya yeni hava hücumundan müdafiə sistemini sınaqdan keçirdi

Şimali Koreyanın Baş Raketqayırma İdarəsi tərəfindən 20 mart tarixində yeni hava hücumundan müdafiə sisteminin sınaq buraxılışı həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Rəsmi açıqlamaya görə, kompleksin döyüş xüsusiyyətləri və reaksiya sürəti yüksək səviyyədə qiymətləndirilib.
10:53 23.03.2025
Oxunuş sayı: 2358