Bu kənddə spirtli içki içmək qadağandır


Taylandın Phang Nga əyalətində yerləşən Ko Panyi balıqçı kəndi, dənizin ortasında taxta dayaqlar üzərində inşa edilmiş unikal yaşayış məskənidir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, burada 400-ə yaxın ailə, təxminən 1600 nəfər yaşayır.
Kəndin əhalisi əsasən İndoneziyanın Yava adasından gəlmiş müsəlmanlardan ibarətdir. Onların məskunlaşması 18-ci əsrə təsadüf edir.
Spirtli içki içmək qəti qadağandır, çünki burada yaşayanların hamısı müsəlmandır.
Ko Panyidə məktəb, məscid, mağazalar, tibb məntəqəsi və hətta futbol meydançası fəaliyyət göstərir. Bu kənd özünəməxsus dəniz həyat tərzi və mədəniyyəti ilə Taylandın ən maraqlı turistik məkanlarından biri hesab olunur.
10:13 23.03.2025
Oxunuş sayı: 2074