KİV: Qlobal siyasi nizam dağılmaq üzrədir

"Dünya siyasətində güc balansı dəyişir və qlobal nizam parçalanmaq təhlükəsi ilə üz-üzədir".
Crossmedia.az The Economist nəşrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin maraqlarını yalnız güc və sövdələşmələr yolu ilə qorumağın tərəfdarıdır.
O, 1945-ci ildən sonra formalaşan qlobal qaydaların artıq Amerika üçün əlverişsiz olduğunu düşünür və dəyişikliklərə ehtiyac görür. Bu çərçivədə Tramp administrasiyası torpaq, texnologiya və resursların ələ keçirilməsi üçün aqressiv strategiyalar yürüdür.
Qlobal siyasi vəziyyət:
- NATO-nun gələcəyi sual altındadır.
- Ukraynanın sərhədlərinin taleyi Tramp və Rusiya Prezidenti Vladimir Putinin mümkün anlaşmalarından asılı ola bilər.
- Yaxın Şərqdə sərhədlər qeyri-müəyyənləşir.
- Çin və ABŞ arasında Tayvan məsələsi riskli oyunlara çevrilib.
Nəşrin təhlilinə görə, əgər ABŞ müttəfiqlərini itirərsə, dünya yeni, təhlükəli və nəzarətsiz bir dönəmə daxil ola bilər. Bu isə beynəlxalq sistemin ciddi sarsıntılarla qarşılaşmasına səbəb ola bilər.
12:45 23.03.2025
Oxunuş sayı: 1504