SEPAH komandanı ABŞ və İsrailə qarşı təxribatların dayandırılmasını istəyib

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qanadının komandanı İsmayıl Qaani İraqa səfəri zamanı İrana bağlı silahlı qruplaşmalardan ABŞ və İsrailə qarşı təxribatlardan çəkinməyi istəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Əş-Şərq Əl-Əvsət" qəzeti məlumat yayıb.
Qaaninin xəbərdarlığına görə, ABŞ-nin Yəməndəki “Ənsarullah” hədəflərinə hücumları tezliklə İraqa da yayıla bilər. O, hərbi cavabın qarşısını almaq üçün silahlı hücumların azaldılmasının vacibliyini vurğulayıb.
Məlumata əsasən, SEPAH komandanı iraqlı qruplaşmalara İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin mesajını da çatdırıb və onlardan ABŞ və İsrailin maraqlarına qarşı təxribatları dayandırmağı tələb edib.
08:19 23.03.2025
Oxunuş sayı: 1671