Qərb ölkələri Ukrayna üçün “zəmanət planı” hazırlayır

Qərb müttəfiqləri Rusiya və Ukrayna arasında atəşkəs elan ediləcəyi halda, Ukrayna üçün “zəmanət planı” hazırlayır.
Crossmedia.az Repubblica nəşrinə istinadən xəbər verir ki, plana iki sülhməramlı missiya və ABŞ-nin texniki iştirakı daxildir.
ABŞ bu prosesə qatılmağa razılıq verib, lakin bunun müqabilində Ukraynadan nadir mineralların istismarına icazə alıb.
Plana əsasən:
Birinci sülhməramlı kontingent BMT-yə məxsus olacaq. Bu missiyada Braziliya, Hindistan, İndoneziya və Səudiyyə Ərəbistanının hərbçiləri iştirak edəcək. Onlar Rusiya-Ukrayna arasında şərti sərhəddə yerləşdiriləcək.
İkinci sülhməramlı kontingent isə Britaniya, Fransa, Almaniya, Kanada və İtaliya hərbçilərindən ibarət olacaq. Bu qüvvələr Ukraynanın qərb bölgəsinə yerləşdiriləcək.
Hazırda planın həyata keçirilməsi ilə bağlı müzakirələr davam edir.
06:23 23.03.2025
Oxunuş sayı: 1935