Yəmənin husiləri İsrailə ballistik raket atıb
Yəməndəki husilər İsrailə doğru ballistik raket atıblar. Hədəf Tel-Əviv yaxınlığında yerləşən Ben Qurion Hava Limanı olub.
İsrail Hərbi Hava Qüvvələrinin məlumatına görə, raket İsrail hava məkanına daxil olmadan əvvəl zərərsizləşdirilib.
Bu, son iki gündə husilərin İsrailə qarşı həyata keçirdiyi ikinci hücumdur.
14:35 20.03.2025
Oxunuş sayı: 3340