Özbəkistan Rusiyadakı vətəndaşlarını Yeni Daşkəndin tikintisinə cəlb edir

Özbəkistan hökuməti Rusiyada yaşayan və işləyən vətəndaşlarını Yeni Daşkəndin tikintisində iştirak etməyə dəvət edib.
Özbəkistan hökuməti paytaxtın sürətlə artan əhalisi, nəqliyyat sıxlığı və yaşıl zonaların azalması səbəbindən Yeni Daşkəndin tikintisinə başlamaq qərarına gəlib. Layihəyə əsasən, şəhərin yeni hissəsində 2 milyon insanın yaşaması planlaşdırılır.
Qeyd edək ki, ölkə rəhbərliyi tikinti işlərində iştirak edəcək kadrların cəlb edilməsi üçün xaricdə yaşayan vətəndaşlarına xüsusi çağırış edib.
Hazırda bu təşəbbüsə necə reaksiya veriləcəyi və Rusiyadakı miqrantların ölkəyə qayıdıb-qayıtmayacağı maraq doğurur.
Fidan Xəlilova
05:37 01.03.2025
Oxunuş sayı: 3305