ABŞ-nin Ermənistandakı səfirliyi XİN-in müraciətinə sərt reaksiya verib

Ermənistan Xarici İşlər Nazirliyi ABŞ-də təxminən bir həftə əvvəl itkin düşdüyü iddia edilən bloqçu və hakimiyyətyönlü siyasətçi Vardan Qukasyanın axtarışı ilə bağlı ABŞ-nin İrəvandakı səfirliyinə qeyri-rəsmi müraciət edib.
ABŞ səfirliyi isə bu müraciətə sərt reaksiya verib. Diplomatik nümayəndəlik bildirib ki, Qukasyanın axtarışı hüquq-mühafizə orqanları tərəfindən müəyyən olunmuş qaydada aparılacaq və səfirlik bu reklam kampaniyasında iştirak etmək niyyətində deyil.
Qeyd edək ki, məsələ ilə bağlı Ermənistan XİN-dən rəsmi açıqlama verilməyib.
Fidan Xəlilova
22:46 28.02.2025
Oxunuş sayı: 4031