Amerika Rusiyanı sığallamağa davam edir

ABŞ diplomatları ukraynalı həmkarlarından BMT Baş Assambleyasının Rusiyanın Ukraynaya müdaxiləsini qınayan qətnamə layihəsini geri çəkməyi xahiş ediblər, lakin rədd cavabı alıblar.
Crossmdia.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
“Müraciət Kiyevi heyrətə gətirdi. Onlar sənədi geri çəkməkdən imtina etdilər”, – deyə nəşr qeyd edir. Bildirilir ki, Ukraynanın qətnamə layihəsinin bazar ertəsi, 24 fevral tarixində dərc edilməsi planlaşdırılır.
Media vurğulayır ki, ABŞ Avropa ölkələri və Ukrayna tərəfindən müharibənin növbəti ildönümünə hazırlanan qətnamə layihəsinin tərtibçiləri sırasında olmayacağını qərara alıb.
Məlumatlarda bildirilir ki, Amerika layihəsində Avropa variantından fərqli olaraq, Rusiyanı qınayan ifadələr və Ukraynanın ərazi bütövlüyünün vacibliyi ilə bağlı müddəalar yer almır.
18:56 23.02.2025
Oxunuş sayı: 4252