Rusiya və ABŞ arasında mühüm danışıqlar başa çatdı
Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio arasında Nyu-Yorkda keçirilən danışıqların başa çatdığı bildirilir.
Görüş BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutub.
Crossmedia.az xəbər verir ki, Rusiya və ABŞ diplomatlarının görüşü təxminən bir saat davam edib. Tərəflərin əsasən Ukrayna münaqişəsi və Moskva ilə Vaşinqtonun BMT çərçivəsində əməkdaşlığı məsələlərini müzakirə etdiyi bildirilir.
18:20 23.09.2026
Oxunuş sayı: 40