“Məkkə Alyansı” ilə bağlı mühüm təyinat baş verdi
Pakistan istefada olan general-leytenant Numan Mahmudun “Məkkə Alyansı”nın ilk baş katibi təyin edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Numan Mahmud Ər-Riyadda yaradılacaq alyansın Baş Katibliyinə rəhbərlik edəcək.
O, bu vəzifədə alyansın institusional fəaliyyətinin təşkilinə və Baş Katibliyin işinə rəhbərlik edəcək.
“Məkkə” Birgə Müdafiə Sazişi Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında imzalanıb. Tərəflər alyans çərçivəsində əməkdaşlığın daha da institusionallaşdırılması və Səudiyyə Ərəbistanında Baş Katibliyin yaradılması barədə razılığa gəliblər.
18:08 23.09.2026
Oxunuş sayı: 37