Rusiyada taksi sürücüsü sərnişini güllələdi
Barnaulda taksi sürücüsü mübahisə zamanı sərnişininə atəş açıb.
Crossmedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sürücü ilə sərnişin arasında yaranan mübahisə qanla nəticələnib. Mübahisə zəminində 53 yaşlı taksi sürücüsü tapança ilə sərnişinə 3 atəş açıb.
Xoşbəxtlikdən sərnişin sağ qalıb. Kişi polis tərəfindən saxlanılıb, onun barəsində cinayət işi açılıb.
15:42 23.09.2026
Oxunuş sayı: 39