Paşinyan: TRIPP Ermənistan üçün yeni dövr açacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda keçirilən “Concordia” sammitinin panel müzakirəsində Azərbaycanla sülh və TRIPP layihəsinin həyata keçirilməsi barədə danışıb.
Crossmedia.az xəbər verir ki, Paşinyan hazırda əsas diqqətin TRIPP layihəsinin icrasına yönəldiyini bildirib.
Onun sözlərinə görə, layihənin reallaşdırılması regionda qarşılıqlı əlaqələrin tam şəkildə açılmasına imkan verəcək.
“Bu, ölkəmiz və iqtisadiyyatımız üçün yeni dövr açacaq”, – deyə Paşinyan bildirib.
12:59 23.09.2026
Oxunuş sayı: 47