Səfir: İsveçdə təhsil alan azərbaycanlı tələbələr iki ölkə arasında əlaqələrə töhfə verəcək
İsveçdə təhsil alan azərbaycanlı tələbələr iki ölkə arasında əlaqələrə töhfə verəcək.
Crossmedia.az xəbər verir ki, bunu İsveçin Azərbaycana yeni təyin olunmuş səfiri Luis Morsinq Prezident İlham Əliyevin qəbulunda çıxışı zamanı deyib.
Diplomat həmçinin İsveçdə çoxlu sayda azərbaycanlı tələbənin təhsil aldığını və onların təhsil səviyyəsinin yüksək qiymətləndirildiyini bildirib.
Luis Morsinq bu tələbələrin gələcəkdə fəaliyyətləri dövründə Azərbaycan-İsveç əlaqələrinin inkişafına töhfə verəcəklərinə ümidvarlığını da ifadə edib.
12:43 23.09.2026
Oxunuş sayı: 38