Almaniya Rusiyanı Ukrayna münaqişəsinin həlli üçün danışıqlara çağırıb
Almaniyanın xarici işlər naziri İohan Vadeful Rusiyanın Ukrayna münaqişəsinin həlli ilə bağlı ciddi danışıqlara başlamasına çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Vadeful Rusiyanın “ciddi danışıqlar yoluna keçməyin vaxtının çatdığını” anlamalı olduğunu bildirib.
O, beynəlxalq dəstək hesabına Ukraynanın müqavimət imkanlarının gücləndirilməsinin davam etdiriləcəyini və Almaniyanın tərəfdaşları ilə birlikdə Rusiyanın “kölgə donanmasına” qarşı tədbirləri də artıracağını qeyd edib.
Nazir bu açıqlamanı BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərindən əvvəl verib. Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Berlin Ukraynadakı müharibənin sona çatdırılması və Avropada sülh nizamının bərpası istiqamətində diplomatik səylərin davam etdirilməsini vacib hesab edir.
18:23 22.09.2026
Oxunuş sayı: 44