İran XİN rəhbəri ABŞ-ni “İsrail lobbisinin” təsirindən çıxmağa çağırıb
İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonun İsrail tərəfdarı lobbinin təsirindən azad olması barədə çağırış edib.
Crossmedia.az xəbər verir ki, Əraqçi ABŞ-nin İrana münasibətdə siyasətinə “İsrail lobbisinin” təsirinin artdığını bildirib. Bu açıqlama İran XİN rəhbərinin sentyabrın 21-də yaydığı bəyanatda da əksini tapıb.
Əraqçinin sözlərinə görə, ABŞ siyasətinin İsrailin maraqları nəzərə alınmaqla formalaşdırılmasına dair çağırışlar Vaşinqtonun üzərinə əlavə yük qoyur. O, ABŞ-nin bu təsirdən azad olmasının vaxtının çatdığını deyib.
21:47 21.09.2026
Oxunuş sayı: 46