“Vahid Rusiya” Bakıda seçkidə birinci olub
Rusiyanın hakim “Vahid Rusiya” partiyası Dövlət Dumasına keçirilən seçkidə Bakıda 34,63 faiz səslə birinci yeri tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Agentstvo”nun Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatları əsasında apardığı təhlildə bildirilib.
Bakıda “Yeni insanlar” partiyası 26,48 faiz səslə ikinci, Rusiya Kommunist Partiyası isə 21,85 faizlə üçüncü olub. Xaricdəki digər seçki məntəqələrində isə “Vahid Rusiya” bir sıra şəhərlərdə ilk üçlükdə belə yer almayıb.
Ümumilikdə xaricdəki seçki məntəqələrində “Vahid Rusiya” 39,58 faiz, “Yeni insanlar” 24,49 faiz, Kommunist Partiyası isə 16,99 faiz səs toplayıb.
21:10 21.09.2026
Oxunuş sayı: 46