Yaponiyada güclü tayfunu səbəbilə kütləvi təxliyə başlayıb
Yaponiyada “Dujan” tayfununun yaratdığı güclü külək və leysan səbəbilə 2 milyona yaxın insan üçün təxliyə xəbərdarlığı verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Yaponiya Meteorologiya Agentliyi daha əvvəl həyat üçün “qaçılmaz təhlükə” barədə xəbərdarlıq etsə də, bir sıra bölgələrdə təhlükə səviyyəsi aşağı salınıb. Oşima şəhərində isə həyat üçün təhlükə xəbərdarlığı qüvvədə qalır.
Güclü küləklər nəticəsində 50 mindən çox insan elektrik enerjisiz qalıb, yüzlərlə aviareys ləğv edilib, dəmir yolu xidmətləri isə dayandırılıb.
“Dujan” tayfununda küləyin davamlı sürəti saatda 130 kilometrə, küləyin maksimal sürəti isə 194 kilometrə çatıb. Bu, Sakit okean hövzəsində son dövrdə müşahidə olunan və okean sularının isinməsinə səbəb olan “super El-Ninyo”nun gücləndirdiyi silsilə fırtınalardan biridir.
20:44 21.09.2026
Oxunuş sayı: 56