Yaşar Gülər Azərbaycanın yeni səfiri ilə görüşdü
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanın Ankaradakı yeni səfiri Rəşad Aslanovla görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güləri ziyarət etməkdən və onunla səmərəli fikir mübadiləsi aparmaqdan çox məmnun oldum. Səmimi qəbula və qonaqpərvərliyə görə cənab nazirə dərin minnətdarlığımı bildirirəm", - R.Aslanov yazıb.
17:53 21.09.2026
Oxunuş sayı: 58