BMT baş katibi uğrunda yarışda LİDER BƏLLİ OLDU
Rebeka Qrinspan BMT baş katibi postu uğrunda yarışda önə çıxıb.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
BMT Təhlükəsizlik Şurasının növbəti baş katibin seçilməsi ilə bağlı keçirdiyi üçüncü qeyri-rəsmi gizli səsvermədə Kosta-Rikanın keçmiş vitse-prezidenti Rebeka Qrinspan cüzi fərqlə lider olub.
Diplomatların məlumatına görə, Qrinspan 9 “dəstəkləyirik”, 5 “dəstəkləmirik” və 1 “fikrim yoxdur” səsi alıb. Qayananın BMT-dəki səfiri Kerolayn Rodrigez-Birkett isə 8 “dəstəkləyirik”, 6 “dəstəkləmirik” və 1 “fikrim yoxdur” səsi toplayıb.
Bu, BMT Təhlükəsizlik Şurasının namizədlərlə bağlı keçirdiyi üçüncü qeyri-rəsmi səsvermədir. İyulda keçirilən ilk səsvermədə də Qrinspan cüzi fərqlə öndə olub. Avqustdakı ikinci turda isə Rodrigez-Birkett liderliyi ələ keçirib.
Hazırda BMT baş katibi postuna 8 namizəd mübarizə aparır. Növbəti baş katibin seçilməsi üçün Təhlükəsizlik Şurasının beş daimi üzvünün – ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniyanın – razılığı əsas şərtlərdən biridir.
Hazırkı baş katib Antonio Quterreş iki beşillik müddətdən sonra 2026-cı ilin sonunda vəzifəsini tərk edəcək. Yeni baş katib 2027-ci il yanvarın 1-dən beşillik müddətə fəaliyyət göstərəcək.
13:26 19.09.2026
Oxunuş sayı: 46