İran ABŞ bazalarını darmadağın etdi
Yaxın Şərqdə ABŞ hərbi bazaları İranın zərbələri nəticəsində ciddi zərər görüb. ABŞ mediasının yaydığı foto və videolar bəzi bazalarda binaların və hərbi texnikanın dağıldığını göstərir.
Crossmedia.az xəbər verir ki, “ABC News” bu barədə məlumat yayıb.
Məlumata görə, Küveyt və Səudiyyə Ərəbistanında ABŞ hərbi obyektlərinə ciddi ziyan dəyib. Pentaqonun baş müfəttişinin hesabatında Yaxın Şərqin müxtəlif ölkələrində yüzlərlə bina və digər infrastruktur obyektinin zədələndiyi və ya dağıldığı bildirilib.
ABŞ tərəfi İranın zərbələrinin müharibənin başlanmasından altı aydan çox müddət sonra da davam etdiyini bildirir. Pentaqon müharibənin ABŞ üçün yaratdığı itkiləri və nəticələri qiymətləndirməyə davam edir.
13:05 19.09.2026
Oxunuş sayı: 74