İranın ticarət gəmisinə HÜCUM: 1 ölü, 3 yaralı
İranın Hörmüz boğazında yerləşən Keşm və Həngam adaları arasındakı ərazidə ticarət gəmisinə hücum edilib, nəticədə bir nəfər ölüb, üç nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, İranın dövlət televiziyası bu barədə məlumat yayıb.
Keşm şəhərinin qubernatoru Əmir Teymurinin sözlərinə görə, hadisə bu gün səhər saat 05:00 radələrində Həngam adası ilə Keşm adasının Şib-Deraz sahili yaxınlığında baş verib.
İran rəsmisi gəminin naməlum mərmi ilə vurulduğunu bildirib. Hücumun kim tərəfindən həyata keçirildiyi isə hələlik açıqlanmayıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları qurumu da Hörmüz boğazında bir gəminin mərmi ilə vurulması barədə məlumat alındığını təsdiqləyib.
Hadisə Hörmüz boğazında gərginliyin artdığı bir vaxtda baş verib. Gəmiçiliyin təhlükəsizliyi ilə bağlı vəziyyətin araşdırıldığı bildirilir.
11:38 13.09.2026
Oxunuş sayı: 56