Dünyanın ən yüksək maaş alan lideri məlum oldu
Sinqapurun Baş naziri Lourens Vonq dünyanın ən yüksək maaş alan siyasi lideri hesab olunur. Onun illik gəliri təxminən 1,4 milyon avro təşkil edir və gələcəkdə bu məbləğin 2,3 milyon avroya qədər yüksələ biləcəyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Siyahıda növbəti yerləri Honq Konq administrasiyasının rəhbəri Con Li və İsveçrə Prezidenti Gi Parmelen tutur. Onların illik gəlirləri müvafiq olaraq 615 min və 520 min avrodur.
ABŞ Prezidenti Donald Trampın illik gəliri təxminən 344 min avro, Almaniya kansleri Fridrix Mertsinki isə deputat ödənişləri nəzərə alınmadan 248 min avro təşkil edir.
09:55 10.09.2026
Oxunuş sayı: 42