Rusiya Macarıstanın diplomatları ölkədən çıxarmasına cavab verəcək
Rusiya Macarıstanın 10 rusiyalı diplomatın ölkədən çıxarılması qərarına cavab verəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə “RİA Novosti”yə açıqlama verib.
Zaxarova bildirib ki, Moskva Macarıstan hakimiyyətinin qərarını cavabsız qoymayacaq.
Qeyd edək ki, Macarıstan hakimiyyəti 10 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.
17:50 08.09.2026
Oxunuş sayı: 38