Vulkan püskürdü, məktəblər və hava limanı bağlandı
İndoneziyada Anak Krakatau vulkanı yenidən püskürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Reuters˝ məlumat yayıb.
Yanardağdan yüksələn kül buludunun 15 min metrədək hündürlüyə çatdığı bildirilib.
Pasifik Od halqası üzərində yerləşən İndoneziyada tez-tez zəlzələ və vulkan püskürmələri baş verir. Anak Krakatau vulkanının aktivləşməsi nəticəsində paytaxt Cakartadakı Soekarno-Hatta Beynəlxalq Hava Limanında yüzlərlə uçuş təxirə salınıb.
İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika Agentliyinin (BMKG) məlumatına görə, Yava adası istiqamətində 6 min metrədək yüksələn kül qeydə alınıb. Kül buludunun Sumatra adası və Yavanın Banten əyalətinin bəzi ərazilərində 15 min metrədək yüksəldiyi açıqlanıb.
İndoneziya Nəqliyyat Nazirliyi vulkanik kül buludunun beynəlxalq reyslərin də daxil olduğu 209 uçuşa təsir etdiyini bildirib.
Bir sıra məktəblərdə tədbirlər ləğv edilib, balıqçıların isə dənizə çıxmasına icazə verilməyib.
İndoneziya Fövqəladə Halların İdarə Olunması Agentliyinin (BNPB) sözçüsü Berton Panjaitan əhaliyə sakitliyi qorumaqla yanaşı, diqqətli olmağı tövsiyə edib. O, kül yağması halında maska və göz qoruyucularından istifadə etməyi, açıq havada qalma müddətini azaltmağı və su mənbələrinin üstünü bağlamağı məsləhət görüb.
11:40 06.09.2026
Oxunuş sayı: 52