Anak Krakatau canlandı: Güclü püskürmə və lava fəvvarəsi
İndoneziyada Anak Krakatau vulkanında güclü püskürmə başlayıb və vulkanda lava fəvvarəsi müşahidə olunur.
Crossmedia.az xəbər verir ki, İndoneziyanın Geologiya Agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, vulkanın püskürməsi sentyabrın 4-dən 5-nə keçən gecə başlayıb və sentyabrın 5-də də davam edib. Püskürmə zamanı güclü gurultu səsləri eşidilib, lava fəvvarəsi müşahidə olunub.
Anak Krakatau hazırda üçüncü səviyyəli, yəni “Siaga” xəbərdarlıq statusundadır. Hakimiyyət əhaliyə və turistlərə aktiv kraterdən 3 kilometr radiusda fəaliyyət göstərməməyi tövsiyə edib.
Geoloji qurum hazırda vulkanın böyük hissəsinin çökməsi nəticəsində sunami yaranması potensialının olmadığını bildirib.
13:47 05.09.2026
Oxunuş sayı: 46