İran rəsmisi ABŞ-ni hərbi cinayətdə ittiham edib
İranın Hörmüzqan əyalətində ABŞ-nin yaşayış ərazisinə zərbə endirdiyi və bunun nəticəsində hərbi cinayət törədildiyi iddia olunub.
Crossmedia.az xəbər verir ki, İranın Hörmüzqan əyaləti qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini bu barədə açıqlama verib.
Onun sözlərinə görə, hücum Sərik rayonunun Kuheştak şəhərində yerləşən yaşayış evinə həyata keçirilib. Hadisədən dərhal sonra əraziyə xilasetmə xidmətləri göndərilib.
İran rəsmisi hücumu toy mərasiminə qarşı törədilmiş cinayət kimi qiymətləndirib.
09:39 02.09.2026
Oxunuş sayı: 46