Qış tətili üçün ən yaxşı məkanlar açıqlanıb
Qarşıdakı qış mövsümündə Avropada ziyarət üçün ən yaxşı 13 istiqamətin siyahısını təqdim edilib.
Crossmedia.az xəbər verir ki, dünyanın aparıcı səyahət nəşrlərindən biri olan ˝Lonely Planet˝ bu barədə məlumat yayıb.
Siyahıda Türkiyənin Kapadokya bölgəsi, İspaniyanın Fuerteventura adası, Portuqaliyanın Madeira və Alenteju bölgələri, Fransanın Rivyerası və Lion şəhəri, Almaniyanın Bavariya Alpları, Yunanıstanın Santorini adası, İtaliyanın Çinkve-Terre bölgəsi, Macarıstanın Budapeşt şəhəri və Finlandiya Laplandiyası yer alıb.
Nəşr qışın aşağı turizm mövsümündə, xüsusən yanvar-fevral aylarında səyahət etməyin daha az turist sıxlığı və bəzi istiqamətlərdə daha münasib qiymətlər təklif etdiyini qeyd edir.
23:53 01.09.2026
Oxunuş sayı: 44